10 C
Baku
Wednesday, December 11, 2024

Fransa tarixi iqtisadi artıma nail olub

Fransada 2021-ci ildə ÜDM artımı ilkin hesablamalara görə, 7 faiz olub ki, bu da 1970-ci ildən bu yana ən yüksək rəqəmdir.

Bunu Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (İnsee) bildirib. 2020-ci ildə isə İkinci Dünya müharibəsindən indiyədək ilk dəfə ÜDM 8 faiz azalmışdı.

Bununla belə ötən il dövlət büdcəsinin məxarici 60 milyard avrodan çox olub ki, nəticədə 7 faizədək büdcə kəsiri yaranıb, dövlət borcu isə ÜDM-nin 113 faizini təşkil edib.

Ölkədə ÜDM artımı 2021-ci ilin üçüncü rübündə 3,1 faiz, dördüncü rübündə isə 0,5 faiz, dövlət büdcəsinin məxarici müvafiq olaraq 2,7 faiz və 0,3 faiz, istehlak xərcləri 5,6 faiz və 0,4 faiz, işgüzar sərmayələrin həcmi isə 0,1 faiz və 0,5 faiz təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər