2 C
Baku
Sunday, December 15, 2024

Fransa və Xorvatiyadan Azərbaycana idxala məhdudiyyət qoyuldu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Pei de la Luar regionunda epizootik homorraji, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün Fransa Respublikasının Pei de la Luar regionundan bütün növ diri gövşəyən heyvanların, həmçinin onlara aid genetik materialların, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər