-1 C
Baku
Sunday, December 15, 2024

Fransa Xarici İşlər Nazirliyi: ATƏT MQ Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına nail olmaq niyyətindədir

Banker.az Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransa xarici işlər naziri Jean-Yves Le Drian Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Dağlıq Qarabağdakı münaqişənin beynəlmiləlləşmə təhlükəsi barədə xəbərdarlıq edib.

Açıqlamada bildirilir ki, Le Drian Azərbaycan və Ermənistandakı həmkarları ilə bir neçə dəfə telefon danışığı keçirib. “Bu söhbətlər zamanı hərbi əməliyyatların təxirə salınmadan və ilkin şərtlər olmadan sona çatdırılması zərurəti yenidən vurğulanıb”. Fransız diplomatiyasının rəhbəri bu danışıqlar zamanı “Həmsöhbətlərimə münaqişənin beynəlmiləlləşməsi təhlükəsi barədə xəbərdar etmişəm” ifadələrini səsləndirib.

ATƏT-in Minsk qrupu, Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına və danışıqların ilkin şərtlər olmadan erkən bərpa olunmasına nail olmaq niyyətindədir.

 

Son xəbərlər
Digər xəbərlər