7 C
Baku
Thursday, December 12, 2024

Fransada Makronun istefası tələb olunur

Fransanın paytaxtı Parisdə minlərlə etirazçı küçələrə axışıb.

Etirazçılar iqtisadiyyatın pisləşməsi, səhiyyə sisteminin əlçatmaz olması və enerji qiymətlərinin artması əleyhinə şüarlar səsləndirib.

Böyük Britaniyanın Aİ-dən ayrılması zamanı tez-tez eşidilən “Brexit” sözü bu dəfə fransızlar tərəfindən “Frexit” kimi işlədilib. Nümayişçilər üzərində “Frexit” sözü yazılmış pankartlar açıblar. Onlar Aİ-nin Fransaya zərər vurduğunu bildirib və tez bir zamanda birlikdən çıxmağı tələb ediblər.

Küçələrə çıxan minlərlə fransız bütün mənfi hadisələrə görə prezident Makronu təqsirləndirib və onu istefaya səsləyiblər.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər