9 C
Baku
Friday, December 13, 2024

Fransada qiymət artımı davam edir, iqtisadiyyatın bütün sektorları çökə bilər

Fransanın özəl yanacaqdoldurma məntəqələri istisna hal olaraq ölkədə benzin və dizelin orta qiymətlərinin artmasının davam etməsi ilə əlaqədar yanacağı zərərlə satmaq hüququ qazanacaq.

Bunu Fransanın baş naziri Elizabet Born “Le Parisien” qəzetinə müsahibəsində deyib.

“Bəziləri deyirlər ki, qiymətləri daha da aşağı sala bilməyəcəklər, çünki 1963-cü il qanunu onlara zərərlə ticarət etməyi qadağan edir. Hazırda mən elan edə bilərəm ki, biz bu qadağanı aradan qaldıracağıq. Bu, məhdud bir müddət üçün yanacaq üçün istisna olaraq həyata keçiriləcək. Görünməmiş tədbirlə biz yeni yanacaq subsidiyalarına müraciət etmədən fransızlar üçün nəzərəçarpacaq nəticələr əldə edəcəyik”-deyə, o bildirib.

Hökumət başçısı vurğulayıb ki, hakimiyyət orqanları iqtisadiyyatın bütün sektorları, o cümlədən sənaye, neft sənayesi, kənd təsərrüfatı və pərakəndə satış şirkətləri ilə qiymətləri məqbul həddə saxlamaq üçün işləyir.

Qeyd edək ki, Fransa hökuməti iqtisadiyyatın bütün sektorlarında qiymət artımını qarşısını subsidiyalar verməməklə almaq istəyir. Bu ilk növbədə orta və kiçik sahibkarların müflisləşməsinə gətirib çıxaracaq.

“TF1” telekanalının məlumatına görə, Fransanın yanacaqdoldurma məntəqələrində dizel yanacağının orta qiyməti sentyabrın 8-də bir litr üçün 1,88 avro (həftədə +2,3 sent artıb), “SP95” – E10 benzini orta qiymətə litri 1,93 avroya satılıb ( +0,9 sent artım). Bəzi yerlərdə dizel yanacağının qiyməti litri 2,6 avronu, “SP95” benzininin qiyməti isə 2,3 avronu keçir. Bildirilib ki, benzinin qiyməti ilin əvvəlindən ən yüksək həddə çatıb.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər