Fransa Avropa Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mayın 22-də Brüsseldə təşkil olunmuş görüşün nəticələrini alqışlayır. Bu görüş iki tərəfə sərhəd məsələləri üzrə ikitərəfli komissiyanın sürətli iclası barədə razılığa gəlməyə imkan verdi”.
Bu fikirlər Fransa Xarici İşlər Nazirliyinin yaydığı kommunikedə əks olunub.
“Fransa Avropa İttifaqının himayəsi altında Ermənistan və Azərbaycan arasında başlanmış dialoqu dəstəklədiyini bir daha təsdiqləyir və bu dialoqa öz milli imkanları daxilində, Avropa İttifaqı Şurasının Prezidenti və ATƏT-in Minsk qrupunun həmsədri kimi töhfə verməkdə davam edəcək”, – deyə məlumatda qeyd olunub.