13 C
Baku
Tuesday, May 21, 2024

Fransanın neft-mədən xidməti nəhəngi “Schlumberger” adını dəyişir

Fransanın neft-mədən xidməti şirkəti olan “Schlumberger” 100 illik fəaliyyətdən sonra rebrendinq edib. “Reuters” agentliyinin məlumatına görə, o, adla yanaşı, korporativ rəngləri və loqosunu da yeniləyib.

Beləliklə, şirkətin yeni adı “SLB” olub, korporativ rəngləri isə ağ və parlaq tonların birləşməsindən yaranıb. “Shlumberger” şirkəti 1926-cı ildə qardaşlar Konrad və Marsel Şlümberje tərəfindən qurulub, Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Ad və loqo dəyişikliyi “Schlumberger”in bəşəriyyətin daha az karbon buraxdığı və buna görə də daha çox təmiz olduğu gələcəyə sadiqliyini vurğulamaq məqsədini daşıyır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər