9 C
Baku
Friday, December 13, 2024

Fransanın Şərq Tərəfdaşlığı proqramı üzrə səfiri Azərbaycana gələcək

Fransanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı üzrə səfiri Bris Rolufel (Brice Roquefeuil) gələn həftə Azərbaycana səfər edəcək.

Bunu Fransa Avropa və Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti xəbər verir.

“Fransa Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlardakı telefon söhbətini, sərhəd məsələlərinə dair ikitərəfli komissiyanı toplayaraq iki ölkə arasında sülh sazişinə dair danışıqlara başlamaq qərarını alqışlayır. Fransa bundan sonra da bu işlərə tam dəstək verəcək”, – qurumun açıqlamasında bildirilir.

Qeyd edək ki, səfir Bris Rokufel aprelin 11-14-də Ermənistanda səfərdə olub.

Son xəbərlər
Digər xəbərlər