3 C
Baku
Saturday, December 14, 2024

Fransız sahibkarlardan ən vacib məsləhətlər

Fransa incəsənətdən tutmuş dəb aləminə qədər müxtəlif sahələrdə özünün nailiyyətləri ilə məşhurdur. Bəs Fransanın innovasiyalar sahəsində də uğurlu olduğunu bilirdinizmi?

Economist nəşrinin verdiyi məlumata əsasən Fransada dünyanın istənilən nöqtəsində olduğundan daha çox start-up vardır.

Geniş miqyaslı innovasiya fəaliyyəti ilə məşğul olan Inventours şirkətinin yaradıcısı və rəhbəri Michelle Greenwald demişdir: Bəzən innovasiya yaratmaq üçün ofisdən kənara çıxmaq və lazımi bilik əldəe tmək üçün müxtəlif ölkələrdə bir neçə sahə üzrə işləmək mütləqdir”.

Fransız novatorlar dünya sahibkarlarına çoxlu sayda faydalı məsləhət verə bilər. Bu məsləhətlərin ən açar mövqeyə sahib olanları ilə tanış olaq:

Trendlərə deyil, intuisiyanıza güvənin

Fransızlar belə hesab edir ki, bazarda trendlərə deyil, intuisiyanıza güvənməlisiniz.

La Manufacture Du Chocolat d’Alain Ducasse şirkətinin yaradıcısı və direktoru Nicolas Berger bildirir ki, bu sağlam düşüncə tərzinə zidd olaraq görünsə də, innovasiyalarda əsas açar mövqeli keyfiyyət – özünə və öz şirkətinə sadiq qalmaqdır.

“Brendinizin necə olmalı olduğunu düşünün və onu dəstəkləyin. Unikal olun, brendinizi necə gördüyünüzə sadiq qalın və rəqiblərinizə oxşamağa çalışmayın”.

Kəmiyyətə deyil, keyfiyyətə yatırım edin

Amerikalılar  üçün ilk növbədə kəmiyyət gəlsə də, SVP Dressings və Unilever sahibi Devid Lou tam əksini düşünür.

“Öz innovasiyalarımızda istifadə etdiyimiz əsas cəhət “keyfiyyət kəmiyyətdən daha vacibdir” prinsipidir. Bununla biz gözəl və sevgi ilə əsl fransız məhsulları yaradırıq”.

Müasir texnologiyalardan istifadə edin

Buna ən yaxşı nümunə olaraq, nəzarət scannerlərindən istifadə edərək kişi kostyumları istehsal edən Les Ateliers Nouveaux-nu göstərə bilərik. Şirkətin yaradıcısı Francois Shambaugh yeni texnoloji innovasiyalardan istifadə edir.

O istehsalatda mümkün qədər yeni və müasir texnologiyalardan istifadə etmək tərəfdarıdır.

Məlumat toplanması ilə məşğul olun

Hər birimiz bilirik ki, verdiyimiz qərarlar vacib məlumat və araşdırmalara əsaslandıqda daha ciddi xarakter daşıyır. Fransızlar isə belə hesab edir ki, məlumatın toplanması iş deyil, əyləncə olmalıdır.
Synomia Innovative Data Analytics Firm şirkətindən Maurice Ndiaye bildirmişdir: “Əgər məlumat toplamaq üçün işləməlisinizsə biz belə hesab edirik ki, sizin təşkilatla bağlı problemləriniz var. Çünki elə zamanlar olub ki, məlumat özü sizin üçün işləyib. Diqqəti  nəticələrə – innovasiya və qərarların verilməsinə cəmləmək lazımdır.

Müştərilərinizin dilə gətirmədikləri arzuları təyin etməyə çalışın

Dünya üzrə nəhəng ətir istehsalçısı olan Flavor Science + Technologyat Givaudan şirkətindən Kris Toen bildirmişdir ki, yeni innovasiya yaratmağın ən yaxşı üsulu öz müştərilərinizi dinləməkdir.

O demişdir:

“Müştərilərinizin arzularını təyin etmək üçün onları diqqətlə dinləməlisiniz. Təyin etmək bacarığı “burada və indi” çərçivəsindən çıxmağa kömək edir. Bununla da, hələ arzularını dilə gətirməyən müştərilərimizin arzularına cavab verə bilərik”.

Son xəbərlər
Digər xəbərlər