3 C
Baku
Saturday, December 14, 2024

Frida Kalo – əzmkar rəssam qadın

Doğum tarixi: 05.07.1907

Doğum yeri: Koyoakan, Meksika

Ölüm tarixi: 13.07.1954

Ölüm yeri: Koyoakan, Meksika

Vətəndaşlığı: meksikan

Frida Kalo məşhur meksikalı rəssamdır. O öz avtoportretləri ilə məşhurdur və öz sənət əsərlərinin heç birində gülümsəmir. O həmişə ciddi, bir qədər qəmli, qalın qaşları ilə təsirli baxışlar yaradırdı. Onun rəsmləri özü özünün əksi idi. Bütün ömrü boyu fiziki ağrılar yaşamasına baxmayaraq o rəsm əsəri yaradır, şənlənir, həyəcanlar keçirirdi.

Bütün bunlara baxmayaraq, onun yaşamaq arzusu böyük idi.

Aşağıda sizə bu əzmkar rəssamın həyatından ən maraqlı faktları təqdim edirik:

– Fridanın 6 yaşı olduqda onun poliomielit xəstəliyi olduğu aşkar edildi. Məhz bu xəstəlik səbəbindən gələcək rəssam axsayırdı. Həmyaşıdları daim onu “Frida – taxta ayaq” deyə ələ salırdılar. Lakin o bununla barışmaq istəmirdi və fəal şəkildə üzür, oğlanlarla futbol oynayır və hətta boksla da məşğul olurdu.

frida by nickolas muray

– Fridanın həyatında qırılma nöqtələrindən biri onun 17 sentyabr 1925-ci ildə yağışlı bir gündə qəzaya düşməsi olur. Onun sinif yoldaşı ilə getdiyi maşın tramvay ilə toqquşmuşdu. Toqquşmanın təsirindən gənc oğlan maşından çölə atılmışdı. Lakin o yalnızca kontuziya alır. frida isə nisbətən ciddi xəsarətlər alır. Onun onurğası, omba sümüyü qırılmış, xəstə ayağının sümükləri isə 11 yerdən sınmışdı. Gələcəyin məşhur rəssamı bu qəza səbəbindən 32 əməliyyat keçirməli olur.

– Bu qəzadan sonra Frida bir neçə ayı yataqda keçirməli olur. Məhz bu zamandan etibarən o rəsm əsərləri çəkməyə başlayır. Atası onun rahat şəkil çəkməsi üçün xüsusi hazırlıq görmüş və onun yatağının yanından güzgü asmışdı. Bununla da o öz şəkillərini çəkməyə başlayır.

frida kahlo le due frida

– Həyatının bütün çətinliklərinə baxmayaraq 22 yaşında o Meksikanın ən prestijli universitetlərindən birinə daxil olur.

-1929-cu ildə Frida Kalo o dövrün ən məşhur rəssamlarından biri olan Dieqo Riveraya ərə gedir. Bu zaman Dieqonun 43, Fridanın isə 22 yaşı var idi. Onların çox səs-küylü ailələri var idi. Belə ki, onlar bir neçə dəfə boşanmış, münasibətlərini aydınlaşdırmalı olmuşlar. Ailə həyatı qurduqdan illər sonra Frida deyirdi: “Mənim həyatımda iki dəfə qəza baş verib: birincisi maşının tramvayla toqquşması, ikincisi isə Dieqodur”.

kahlo1

– Frida da öz əri Dieqo Rivera kimi kommunizmi dəstəkləyirdi. 1937-ci ildə İosif Stalinin təqiblərindən gizlənən sovet inqilabı lideri Lev Troçskiy onların evində qonaq olmuşdu.

– Fridanın rəssam kimi məşhur olmasına baxmayaraq Meksikada ilk şəxsi sərgisi onun ölümündən az bir zaman əvvəl keçirildi. Bu zaman o ağır xəstə olmasına baxmayaraq (onun sağ ayağı amputasiya olunmuşdu) öz sərgisini qaçırmadı. O öz sərgisinə sanitar maşında gətirilmişdi. Rəssamı xərəklərlə gətirərək zalın mərkəzindəki çarpayıya qoyurlar. Bütün gecə boyu dözülməz ağrılar keçirməsinə baxmayaraq, o zarafat edir, sevimli mahnılarını oxuyur, içki içir və siqaret çəkirdi.

Frida Kahlo

– Frida 13 iyul 1954-cü ildə dünyasını dəyişdi. O Meksika kommunist partiyasının bayrağına sarınmış halda dəfn olundu. Əzmkar rəssamı son mənzilə yola salmaq üçün külli miqdarda pərəstişkar ordusu gəlmişdi.

Son xəbərlər
Digər xəbərlər