26 C
Baku
Saturday, July 27, 2024

Frilans işləmək üçün vacib məsləhətlər

Son zamanlar dünyada baş verən böyük hadisələr, pandemiya, iqtisadi yenilənmələr bizə yeni həyat şərtləri təqdim etdi. Artıq bir çoxumuz uzun müddətdir ki, evdən iş, frilans kimi yeni iş şərtlərinə uyğunlaşırıq. Bəzilərimiz isə ümumiyyətlə 9-6 rejimindən çıxaraq, bütünlükdə frilans işləməyi üstün tuturlar. Bəs Azərbaycanda frilans işləmək mümkündürmü? Bunun üçün nələr etmək lazımdır, birlikdə bu məsələlərə toxunaq.

shutterstock 2105197493 scaled

Əvvəlcə bildirmək lazımdır ki, ölkəmizdə frilans ənənəsi uzun müddətdir ki, var və inkişaf edir. Xarici frilans saytlarında əsasən kod yazmaq, qrafik dizayn, rəssamlıq və musiqi kimi tapşırıqları yerinə yetirən və öz həyatını quracaq qədər qazanan insanlar var. Artıq yerli şirkətlər və sahibkarlar da bir çox işlərini frlanserlərə verirlər və işçi üçün onlardan tələb olunan ofis, sığorta, təhcizat kimi məsələləri bir anda həll edirlər.

shutterstock 300532442 scaled

Frilans işləmək üçün əvvəlcə nəzərə almaq lazımdır ki, frilans işin rejimi sərbəst olsa da gəlir sabit deyil, yəni, ilk üç ay ümumiyyətlə qazana bilmədiyiniz halda, dördüncü ay heç vaxt qazanmadığınız qədər qazana bilərsiniz. Bu səbəbdən xərclərinizi idarə etməyiniz lazımdır.

Frilanser olmaq üçün xüsusi hazırlıq və ya iş şərtləri lazım deyil. Sadəcə yaxın ətrafınıza və peşəkar şəbəkənizə frilans xidmət göstərdiyinizi normal dildə bildirin. İş saytlarında və LinkedIN peşəkar platformasında və sosial mediada elan postu paylaşmağınız kifayətdir.

shutterstock 1145964548 scaled

Qiymət cədvəli hazırlayın. Frilans iş əsasən qiyməti ilə işverənləri cəlb edir, odur ki, hər zaman müştəriyə təqdim edəcəyiniz bir qiymət siyahısı olmalıdır.

İşə başlamazdan əvvəl məbləğin bir hissəsini tələb edin — 30-40% bunun üçün normal hesab oluna bilər. Ödəməni PashaPay-ın m10 tətbiqi ilə qəbul edə bilərsiniz. Bunun üçün sizdən komissiya almırlar. Həm də bütün frilanserlərin mütləq rəqəmsal pulqabı olmalıdır. m10 bu barədə sizin əlinizi gücləndirəcək.

Son xəbərlər
Digər xəbərlər