9 C
Baku
Sunday, April 14, 2024

“FTX”in təsisçisi Sem Benkman-Frid məhkəmədə təqsirsiz olduğunu bildirib

“FTX” kriptobirjasının qurucusu və keçmiş baş direktoru Sem Benkman-Frid məhkəmədə səkkiz ittihamın hamısını rədd edib, bu barədə “TechCrunch” yazıb. Məlumata görə, məhkəmə Nyu-Yorkda, yanvarın 3-ü baş tutub.

İstintaq hesab edir ki, Sem Benkman-Frid ABŞ tarixində ən böyük maliyyə cinayətlərindən birini törədib. O, dələduzluq, sui-qəsd, çirkli pulların yuyulması, müştəri vəsaitlərindən sui-istifadə və digər cinayətlərdə ittiham olunur.

Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

Belə bir qərar Benkman-Fried-ə qarşı məhkəmə prosesinin uzanmasına səbəb ola bilər. Əgər o, bütün maddələr üzrə təqsirli bilinərsə, onu 115 ilə qədər həbs cəzası gözləyir. Məhkəmə prosesi 2 oktyabr 2023-cü il tarixinə təyin edilib.

Dekabr ayında Benkman-Frid Baham adalarından ABŞ-a ekstradisiya edilib. Daha sonra kriptomilyarder 250 milyon dollar girov qarşılığında sərbəst buraxılıb.

Son xəbərlər
Digər xəbərlər