6 C
Baku
Sunday, March 3, 2024

Futbol dünyasının ən bahalı brendi məlum oldu

Brand Finance konsaltinq şirkətinin verdiyi məlumata görə, İngiltərənin məşhur Manchester United futbol klubu iki il ardıcıl olaraq futbol dünyasının ən bahalı brendi adına sahib oldu.

Baxmayaraq ki, bu komanda artıq 3 ildir ki, öz pərəstişkarlarını sevindirə bilmir, Man Utd brendinin dəyəri hazırda 1,17 milyard dollar təşkil edir. Buna baxmayaraq, araşdırmaya əsasən, bu göstərici keçən il qeydə alınan göstərici ilə müqayisədə 1,2 milyard dollar enmişdir.

Ümumilikdə Brand Finance reytinqinin ilk 10 pilləsində 2015-ci ildən bəri böyük dəyişiklik qeydə alınmamışdır. Belə ki, ilk 10-luğa 6 ingilis, 2 ispan, 1 alman və 1 fransız klubu daxildir.

Dəyəri sürətlə artan brend isə sensasiyalı şəkildə İngiltərə çempionu olan britaniyalı “Leicester” klubu olmuşdur. Klubun brendinin dəyəri il ərzində 132% (237 milyon dollara qədər) artmışdır ki, bu da kluba 42-ci pillədən 16-cı pilləyə qədər irəliləmək imkanı verdi.

Ümumilikdə isə, reytinqin top-50-liyinə Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Fransa, Hollandiya, Portuqaliya və Türkiyə komandaları daxildir.

Brand Finance versiyasına görə ən bahalı futbol brendlərinin top-10-u:

1.Manchester United (İngiltərə)

2.Real Madrid (İspaniya)

3.Barselona (İspaniya)

4.Manchester City (İngiltərə)

5.Bavariya (Almaniya)

6.Arsenal (İngiltərə)

7.Paris Saint-German (Fransa)

8.Chelsea (İngiltərə)

9.Liverpool (İngiltərə)

10.Tottenham Hotspur (İngiltərə)

Son xəbərlər
Digər xəbərlər