3 C
Baku
Friday, March 1, 2024

Gələcəkdə iş: 2020-ci ildə mütləq olan vərdişlər

Professional inkişaf – karyerada uğura nail olmaq istəyən demək olar ki, hər kəsin diqqət mərkəzində olan mövzudur. Xüsusi kurslara getməyə dəyərmi? Bəs xarici ölkələrin universitetlərində təhsil? Seçilmiş ixtisas üzrə elmi dərəcə barəsində düşünmək zamanıdırmı?

Lakin Dünya İqtisadi Forumunun ekspertləri belə hesab edir ki, karyera qurarkən diqqət yetirməli olduğumuz cəhətlər düşündüyümüzdən daha sadədir.

DİF-nun ekspertləri dünyanın güclü iqtisadiyyatlarına malik 15 ölkəsində 9 sahədə işləyən 350 direktorun iştirak etdiyi sorğu həyata keçirib. Sorğu nəticəsində The Future of Jobs adlı hesabat təşkil edilib.

Hesabatın məqsədi əmək bazarında dəyişiklik edəcək gələcəyin texnoloji inkişafından xəbər verməkdir. Başqa sözlə desək, ekspertlər texnologiyaların rəhbərləri və onların əməkdaşlardan tələblərini necə dəyişəcəyi ilə bağlı suallara cavab verməyə çalışıb.

Banker.az Dünya İqtisadi Forumunun versiyasına görə 2020-ci ildə əmək bazarında daha çox tələb olunacaq vərdişləri təqdim edir:

Koqnitiv dayanıqlıq

Bu vərdişə kreativlik, məntiqi düşüncə qabiliyyəti və öz haqlılığını sübut edə bilmək bacarığı, həmçinin problemləri görmək və onları həll etmək daxildir.

Danışıqlar aparmağı bacarmaq

Bu keyfiyyət əsas olaraq kompüter elmləri və riyazi hesablamalar, xüsusən də məlumatların təhlili və proqram təminatının yaradılması ilə bağlı sahələrdə yüksək tələbatla istifadə olunacaq. Bu vərdiş həmçinin incəsənət və dizayn sahəsində də çox vacibdir.

Qərar verməyi bacarmaq

Təşkilatların gündən-günə yeni məlumat ilə yüklənməsi onlarda sözügedən bu məlumatların təhlil edilməsini və onlar əsasında məntiqli, adekvat qərarlar verməyi bacaran əməkdaşlara tələbat yaradır.

Emosional intellekt

Robotlar bir çox işi icra edə bilər, lakin onlar insanlar kimi digərlərinin emosiyalarını duya bilmir. Bu səbəbdən də rəhbər şəxslər əməkdaşlarının emosional intellektinə diqqət ayıracaq və insanların reaksiyalarını ayırd edə bilən şəxsləri işə cəlb edəcəklər.

Əməkdaşlıq etməyi bacarmaq

Bu vərdişə razılığa gəlmək bacarığı, müxtəlif insanlarla ünsiyyətə adaptasiya olmaq, həmçinin ətrafdakı insanların tələbatlarına qarşı duyarlılıq daxildir.

İnsanları idarə etmək bacarığı

Bu xüsusən də, KİV və energetika sahəsində idarəçilər üçün vacibdir.

Son xəbərlər
Digər xəbərlər