25 C
Baku
Saturday, July 27, 2024

Gələcəyin göydələnləri

Evolo memarlıq jurnalı “gələcəyin göydələnlərinin ideyası” adlı müsabiqə keçirib və bu müsabiqənin qaliblərini açıqlayıb. Jurnal 43 ölkədən 525 iş qəbul etmişdi. Müsabiqənin münsiflər heyətinə memarlıq və dizayn sahələrindən liderlər daxil olmuşdu. Münsiflər 20 həvəsləndirici mükafat və üç qalib seçmişdi. Seçimlərin əsas amilləri ekoloji cəhətdən təmiz göydələnlər, novatorluq,  qeyri- adi dizayn və yeni materialların istifadə olunması idi.

4464255-R3L8T8D-1000-piexus-an-abstract-skyscraper-would-be-set-on-hong-kongs-harbor-to-act-as-a-hub-for-water-and-street-traffic-with-apartments-in-the-upper-levels

«PieXus» abstrakt göydələni Honkonq limanında inşa olunacaq və burada aşağı mərtəbələrdə su qovşağı, yol hərəkəti, yuxarı mərtəbələrdə isə mənzillər yerləşəcək.

Müəlliflər: Chris Thackrey, Steven Ma, Bao An Nguyen Phuoc, Christos Koukis, Matus Nedecky, Stefan Turcovsky (ABŞ).

4467455-R3L8T8D-1000-1

“Sand Babel” səhrada elmi və turistik fəaliyyət üçün nəzərdə tutulan bir qrup binalardan ibarətdir. Tikintinin ideyasına qum fırtınaları ilham veriblər.

Müəlliflər: Qiu Song, Kang Pengfei, Bai Ying, Ren Nuoya, Guo Shen (Çin).

4467555-R3L8T8D-1000-launchspire-aspires-to-eliminate-the-hydrocarbon-dependency-of-an-aircraft-during-takeoff-by-using-an-electromagnetism-force

«Launchspire» elektromaqnetizm gücündən istifadə edərək uçuş zamanı hava gəmisinin “karbohidrat asılılığını” dəf etməyə çalışır.

Müəlliflər: Henry Smith, Adam Woodward, Paul Attkins (Вöyük Britaniya).

4470705-R3L8T8D-1000-seawer-is-a-proposal-for-an-underwater-structure-that-acts-as-a-drainage-hole-to-engulf-floating-trash-in-the-great-pacific-garbage-patch-a-massive-accumulation-of-debris-in-the-ocean

«Seawer» Böyük sakit okean tullantı ləkəsində üzən tullantıları udan sualtı bir tikintidir.

Müəllif: Sung Jin Cho (Cənubi Koreya).

tyey «Bamboo Forest» layihəsində bambuk meşələrinin Asiyada binaların vahid bir hissəsi etməyi təklif olunur. Layihənin üstün cəhətlərindən biri şaquli bağların yaradılması və zəlzələlər zamanı sabitliyi qoruyub saxlamaqdadır.

Müəllif: Thibaut Deprez (Fransa).

4467655-R3L8T8D-1000-climatology-tower-is-a-new-take-on-a-greenhouse-that-would-function-as-a-research-center-to-evaluate-a-citys-meteorology-and-help-the-environment-through-mechanical-engineering

«Climatology Tower» – şəhərin hava proqnozu etmək üçün elmi- tədqiqat mərkəzi kimi qəbul edilən istixanadır.

Müəlliflər: Yuan-Sung Hsiao, Yuko Ochiai, Jia-Wei Liu, Hung-Lin Hsieh (Yaponiya).

4471305-R3L8T8D-1000-infill-aquifer-is-a-proposal-for-an-urban-building-that-can-regenerate-and-rehabilitate-groundwater-as-a-means-of-sustainability

«Infill Aquifer» — sabitlik vasitəsi kimi qəbul edilən yeraltı suları bərpa və reabilitasiya edə bilən şəhər tikintisi.

Müəllif: Jason Orbe-Smith (ABŞ).

4468055-R3L8T8D-1000-the-new-tower-of-babel-is-a-proposal-for-a-steel-construction-project-in-the-desert-that-could-function-as-an-open-city

«The New Tower Of Babel» səhra şəraitində “açıq şəhər” kimi fəaliyyət göstərə bilən poladdan tikinti.

Müəllif: Petko Stoevski (Almaniya).

4471655-R3L8T8D-1000-this-arch-heavy-building-which-would-be-located-at-the-abandoned-chicago-spire-would-bring-back-classical-architecture-in-a-historically-significant-location

Tərk edilmiş Çikaqo- Spayrda yerləşən bu tikinti tarixi cəhətdən bir dəyərləri olan yerlərə klassik memarlığı qaytaracaq.

Müəlliflər: John Houser, Park MacDowell (ABŞ).

4470055-R3L8T8D-1000-skyvillage-for-los-angeles-is-a-proposal-for-a-building-that-includes-green-filtering-towers-to-clean-freeways-and-also-connect-the-citys-segmented-downtown
«Skyvillage For Los Angeles» — avtostradanı təmizləmək üçün nəzərdə tutulan yaşıl filtr edən qüllələrdən ibarət olan tikinti.

Müəllif: Ziwei Song (ABŞ).

4469305-R3L8T8D-1000-the-hyper-filter-skyscraper-is-designed-to-inhale-carbon-dioxide-and-other-harmful-gases-in-cities-and-exhale-concentrated-oxygen

«Hyper Filter Skyscraper»- karbon və digər zərərli qazı “udmaq”  və oksigen “ifraz etmək” üçün  nəzərdə tutulan tikinti.

Müəllif: Umarov Aleksey (Rusiya).

4469855-R3L8T8D-1000-urban-alloy-tower-aims-to-create-more-housing-located-directly-on-the-intersections-of-train-lines-in-cities-like-new-york
«Urban Alloy Tower» biləvasitə dəmir yollarının kəsişməsində böyük miqyaslı yaşayış binaların yaradılmasına nəzərdə tutulub.

Müəlliflər: Matt Bowles, Chad Kellog (ABŞ).

4467855-R3L8T8D-1000-this-massive-looking-water-tower-will-prevent-fires-by-capturing-rainwater-in-the-rainy-season-and-irrigating-the-land-in-the-dry-season-for-the-amazon Bu bina yağış mövsümündə yağış suyunu yığacaq və yanğınların qarşısını alacaq və həmçinin Amazoniyanın torpaqlarını sulayacaq.

Müəlliflər: Jie Huang, Jin Wei, Qiaowan Tang, Yiwei Yu, Zhe Hao (Çin).

4469555-R3L8T8D-1000-project-blue-an-umbrella-like-structure-aims-to-transform-particles-into-green-energy-by-creating-an-enormous-upside-down-cooling-tower

«Project Blue» —çətirə bənzər struktutura sahib olan və zərrəcikləri “yaşıl”enerjiyə çevirən bina.

Müəlliflər: Yang Siqi, Zhan Beidi, Zhao Renbo, Zhang Tianshuo (Çin).

4467955-R3L8T8D-1000-hyper-speed-vertical-train-hub-essentially-creates-a-vertical-train-station-for-the-year-2075

«Hyper-Speed Vertical Train Hub» əsasən, 2075-ci ilin şaquli vağzalı üçün nəzərdə tutulub.

Müəlliflər: Christopher Christophi, Lucas Mazarrasa (Böyük Britaniya).

4466905-R3L8T8D-1000-the-first-prize-went-to-vernacular-versatility-a-proposal-that-reinterprets-traditional-korean-architecture-in-a-contemporary-mixed-use-high-rise

Birinci yerdə «Vernacular Versatility»  göydələnidir. Bu bina ənənəvi Koreya memarlığının müasir göydələndə təcəssümüdür.

Müəllif: Yong Ju Lee (ABŞ).

4467255-R3L8T8D-1000-this-second-place-project-car-and-shell-skyscraper-proposes-a-city-in-the-sky-for-detroit-comprised-of-homes-recreational-areas-and-commercial-areas-stacked-in-a-large-cube

İkinci yerdə «Car and Shell Skyscraper» layihəsidir. Bu layihə Detroytun göyündə böyük kub şəklində yığılmış evlərdən, istirahət zonalarından, həmçinin kommersiya meydançalarından ibarət olan şəhərdir.

Müəlliflər: Mark Talbot, Daniel Markiewicz (ABŞ).

4467355-R3L8T8D-1000-the-environmentally-friendly-third-place-winner-propagate-skyscraper-aims-to-obtain-and-contain-greenhouse-gases-in-order-to-lessen-their-presence-in-the-atmosphere Üçüncü yerdə ekoloji cəhətdən təmiz olan «Propagate Skyscraper» layihəsidir. Bu layihə atmosferdə zərərli qazların dərəcəsini azaltmaq üçün onların yığılmasına nəzərdə tutulub.

Müəlliflər: YuHao Liu, Rui Wu (Kanada).

4471755-R3L8T8D-1000-this-projects-envisions-building-more-vertical-manufacturing-towers-in-new-york-city-in-the-face-of-growing-global-trade-the-three-towers-would-be-perched-on-the-newtown-creek-peninsul

Bu layihə inkişaf edən dünya iqtisadi şəraitlərində Nyu- Yorkda yeni şaquli istehsal qüllərin tikilməsini nəzərdə tutur. Üç qüllə Nyutaun krik yarımadalarında yerləşəcəklər.

Müəllif: Stuart Beattie (ABŞ).

4470455-R3L8T8D-1000-the-blossom-tower-set-in-malaysia-would-include-a-sculpture-park-outdoor-performance-spaces-a-new-museum-of-people-and-a-sky-walk-with-a-cafe-at-the-top «The Blossom Tower»- Malayziyada tikiləcək göydələn heykəllər parkında, öz yaradıcılıq qabiliyyətini göstərmək üçün açıq müəssisələrdən, yeni “Xalqın muzeyi” və  ən yuxarıda baxış meydançasından ibarət olacaq.

Müəllif: Anthony Fieldman / RAFT Architects (ABŞ).

4471505-R3L8T8D-1000-re-silience-skyscraper-is-a-green-project-that-rethinks-the-skyscraper-by-optimizing-soil-and-biomass «Re-Silience Skyscraper» —yaşıl layihədir.

Müəlliflər: Diego Espinosa Figueroa, Javiera Valenzuela Gonzalez(Çili).

4470205-R3L8T8D-1000-this-underground-project-would-repurpose-an-abandoned-mine-in-lubumbashi-congo-for-a-university-campus Bu yeraltı layihə Konqoda, Lubumbaşıda tərk edilmiş mədənin universitet şəhərciyi üçün dəyişdirilməsinə yönəldilib.

Müəllif: Tsang Aron Wai Chun (Hon Konq).

4469655-R3L8T8D-1000-this-proposal-was-created-with-earthquakes-in-mind-liquefactor-would-adapt-to-nature-and-sink-into-unstable-soil-rather-than-be-destroyed-in-the-event-of-a-disaster Bu layihə zəlzələr problemini nəzərə alaraq yaradılmışdır. «Liquefactor» zəlzələ zamanı təbiətə adapte olacaq və məhv olmaq əvəzinə qeyri-stabil torpağa girəcək.

Müəllif: Eric Nakajima (Yeni Zelandiya)

Son xəbərlər
Digər xəbərlər