16 C
Baku
Friday, May 3, 2024

Gələn ay MİDA Yasamalda 815 mənzil satışa çıxarır – Qiymətlər 33 min – 92 min manata arasında dəyişir

Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Bakı şəhəri Yasamal rayonunda yerləşən Xarici Dairəvi yolu 6 ünvanındakı Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54,  12 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzilin satışı həyata keçirləcək.

Bu barədə Banker.az-a MİDA-dan məlumat daxil olub.

Ümumilikdə isə 815 mənzilin satışı 15 sentyabr 2022-ci il saat 11:00-da başlayaraq 22 sentyabr 2022-ci il 11:00-dək davam edəcəkş

“MİDA-nın sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası” uyğun olaraq gözləmə qaydasında məınzillərin seçimi 19 sentyabr 2022-ci il saat 11:00-da başlayaraq 22 sentyabr 2022-ci il 11:00-dək davam edəcək.

Agentlik bildirir ki, “Güzəştli mənzil” sistemindəın istifadə qaydası ilə bağlı ətraflı məlumat, o cümlədən mətn və video formatı təlimatlarla mida.gov.az, və mida.az internet saytlarının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçici vasitəsilə tanış olmaq mümkündür.

676767575575

Son xəbərlər
 ⁠
Digər xəbərlər