5 C
Baku
Friday, February 23, 2024

Gəncədə “Tatra” istehsal ediləcək – Zavodun işə düşəcəyi vaxt açıqlandı

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib.

Banker.az xəbər verir ki,  “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev bunu iclasda deyib

Xanlar Fətiyev çıxışında bildirib ki, Azərbaycanın Çexiyadakı səfirliyində Gəncə avtomobil zavodu və Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda bu şirkətə məxsus yük maşınlarının istehsalı barədə əməkdaşlığa dair memorandum imzalanıb. Həmin memoranduma əsasən, 2018-ci ildən etibarən Azərbaycanda müxtəlif növ “Tatra” yük maşınlarının yığımına başlanılacaq. Gələn ildən Türkiyədə Gəncə avtomobil zavodunun nümayəndiliyi açılacaq. Zavodun Gürcüstanda da nümayəndəliyinin olduğunu bildirən deputat xüsusi vurğulayıb ki, burada yığılan avtomobillər xarici ölkələrə ixrac ediləcək.

Son xəbərlər
Digər xəbərlər