14 C
Baku
Thursday, March 28, 2024

Gələcəkdə iş: hansı bacarıqlara yiyələnmək lazımdır?

Gələcəyin işi daha çox avtomatlaşdırma ilə bağlı olacağı artıq hər kəsə məlumdur. Hələki aktual olan monoton iş, gələcəkdə maşınların və robotların səlahiyyətinə veriləcək. Amerika futuroloqu olan Michio Kaku qeyd edib ki, yaxın gələcəkdə insanlarla ünsiyyət qurma bacarığı, inkişaf etmiş təsəvvür kimi keyfiyyətlər yüksək qiymətləndiriləcək. Eyni zamanda, aşağıda göstərilmiş bacarıqlarda onəm kəsb edəcək:

Müştəri yönümlü olmaq

Əmtəə və xidmət istehsalı günü gündən inkişaf edir, nəticədə rəqabət də intensivləşir. Bu səbəbdən, konkret bir əmtəəyə ehtiyacı olan müştərilərin axtarışı əsas istiqamətlərdən biri olacaq. İşəgötürənlər bu sahədə bacarıqlı olan işçini böyük həvəslə işə götürərlər.

Prosesləri və layihələri idarə etmək bacarığı

Yaxın gələcəkdə, proseslərin və layihələrin idarə olunması, özündə liderlik keyfiyyətlərini inkişaf etdirmiş insanlara həvalə ediləcək.

Bir neçə sahə üzrə bilikli olmaq

Biotexnologiyaların inkişafı mühəndislik, energetika, səhiyyə, kənd təsərrüfatı və ekologiya sahəsində çalışan mütəxəssislərlə sıx əlaqəyə girmədən mümkün ola bilməzdi. İnkişaf etmiş şirkətlər, adətən, bir neçə sahəni əhatə edirlər. Bu səbəbdən mütəxəssislər bir çox sahə üzrə biliklərini daim artırmağa davam etməlidirlər.

Çoxvəzifəlilik rejimində iş

Məhdudlaşmış funksiyalı peşələr, məsələn, mühasibatlıq – keçmişdə qalacaq. Gələcəyin işçiləri çevik qərar verməli, dəyişiklərə adaptasiya olmalı və öz vaxtını düzgün planlamalıdılar.

Yaradıcı yanaşma

Son zamanlar, süni intellektin musiqi yazdığı, rəsmlər çəkdiyi haqda xəbərlərə tez-tez rast gəlirik. Lakin, heç bir maşın kreativ düşüncəyə sahib deyil. Hal-hazırda, bu bacarıq yalnız insanda var.

Xarici dil

İndiki dövrdə ən azı bir xarici dil bilmək çox önəmlidir. Xarici dillərdən bir dostlarımız, iş yoldaşlarımız və ya xarici əməkdaşlarımızla asanlıqla ünsiyyət qura bilərik. Gələcəkdə işəgötürənlər işçinin yalnız dil bacarıqlarına deyil, onun milli və mədəni konteksti başa düşməsinə də diqqət edəcəklər.

Heyətin idarə olunması

Süni intellekt, heç vaxt bizim intellektə oxşaya bilməz. Çox vaxt insanların davranışı irrasional və məntiqsizdir. Buna görə yaxın gələcəkdə kollektivləri idarə edə biləcək insanlara böyük ehtiyac olacaq.

Sistemli düşüncə

Gələcəkdə texniki mütəxəssislər arasında ən önəmli bacarıqlardan mürəkkəb prosesləri və təşkilatın fəaliyyət mexanizmini anlamaq, strategiyalar qurmaq və məhsulun təkminləşdirilməsi sahəsində yeni ideyalar irəli sürmək kimi bacarıqları adlarını çəkmək olar.

Proqramlaşdırma bacarığı

Futuroloqların fikrinə görə, yaxın gələcəkdə yalnız kodların yazılması ilə məşğul olan bir insan belə qalmayacaq. Proqramlaşdırma artıq həyat sahəsinin müxtəlif sahələrində istifadə olunur, gələcəkdə də bu tendensiya inkişaf edəcəkdir. Məşhur futuroloq olan Tomas Frey hesab edir ki, yaxın 30 il ərzində iki milyarddan çox peşə aktuallığını itirəcək. Peşələrdəki tendensiyalarla maraqlanın, onda gələcək sizə o qədərdə qorxulu gəlməyəcək.

Son xəbərlər
Digər xəbərlər