Sentyabrın 9-da Beynəlxalq Valyuta Fondu (IMF) Direktorlar Şurasının üzvləri Azərbaycana səfər edəcək. Bu barədə IMF-in Azərbaycanın daxil olduğu ölkələr qrupunun icraçı direktoru və Azərbaycan üzrə missiyanın rəhbəri Məhəmməd əl-Qorçi məlumat verib: “Səfər zamanı missiya bir sıra görüşlər keçirəcək”.
IMF rəsmisi həmçinin özünün Azərbaycana səfərinin planlaşdırılmadığını qeyd edib.
“Oktyabrın 8-9-da Vaşınqtonda (ABŞ) IMF-Dünya Bankının birgə illik toplantısı keçiriləcək. Ondan sonra isə mənim Azərbaycana səfərimin məsələsinə baxacağıq”, – deyə M.əl-Qorçi deyib.
O, həmçinin IMF-in Azərbaycanla bağlı hər hansı yeni layihənin maliyyələşməsini planlaşdırmadığını da qeyd edib.
Report