21 C
Baku
Saturday, May 4, 2024

Gələn il Azərbaycan bu ölkələrdə səfirlik açacaq

Azərbaycan gələn il üç ölkədə səfirlik təsis edəcək.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

O, Tailandda səfirliyin təsis olunması və fəaliyyətə başlamasının gözlənildiyini deyib.

“Eyni zamanda, Oman sultanlığında və Əfqanıstanda diplomatik missiyalarımız fəaliyyət başlayacaq”, – nazir əlavə edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər