10 C
Baku
Thursday, December 12, 2024

Gələn il dövlət sifarişləri üçün 52 publik hüquqi şəxsə 534 mln. manat vəsait ayrılacaq

Növbəti ilin dövlət büdcəsi layihəsində dövlət sifarişi ilə dövlət büdcəsinin vəsaiti hesabına zəruri təyinatlı tədbirlərin və işlərin həyata keçirilməsi üçün publik hüquqi şəxslərə ayrılan vəsait üzrə 20.2% artım proqnozlaşdırılıb.

Bu barədə Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsinin layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə dair İzahata əsasən 2024-cü ildə dövlət sifarişinin yerinə yetirilməsi üçün 52 publik hüquqi şəxsə 534.2 mln. manat vəsait nəzərdə tutulur ki, bu da 2023-cü illə müqayisədə 89.8 mln. manat və ya 20.2% çoxdur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər