6 C
Baku
Sunday, December 15, 2024

Gələn il üçün deputatların əmək haqqı xərcləri açıqlanıb

Gələn il Milli Məclis və onun aparatının saxlanılmasına 23 089 714 manat xərclənəcək. Azərbaycan parlamentinin “2017-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2017-ci ildə Milli Məclisin saxlanılması dövlət büdcəsinə bu illə müqayisədə 1,74% və yaxud 394 780 manat baha başa gələcək.

Parlamentə ayrılması nəzərdə tutulan vəsaitin 72,17%-i və yaxud 16 664 786 manatı əməyin ödənişi fonduna yönəldiləcək. Bunun isə 14,66%-i və yaxud 2 443 608 manatı deputatların əmək haqqının ödənilməsinə sərf olunacaq.

Gələn il Milli Məclislə əməkdaşlıq edən ekspertlərə 270 000 manat, parlamentin aparatında çalışan şəxslərə 2 607 336 manat, deputat köməkçilərinə 1 365 000 manat, Milli Məclisin İşlər İdarəsinin əməkdaşlarına 1 513 524 manat əmək haqqı ödənilməsi nəzərdə tutulub.

Report

Son xəbərlər
Digər xəbərlər