10 C
Baku
Thursday, December 12, 2024

Gələn ildən Azərbaycan və Rusiya arasında vergi sahəsində məlumat mübadiləsi aparılacaq

Rusiya 2019-cu ildən etibarən Azərbaycanla vergi sahəsində avtomatik rejimdə məlumat mübadiləsinə başlamağı planlaşdırır. Banker.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti Federal Vergi Xidmətinin (FVX) əmrinə istinadən yazır.

“Rusiya ilə vergi sahəsində məlumat mübadiləsi aparacaq ölkələrin siyahısına BƏƏ, Baham adaları və Honkonq daxildir. Bütövlükdə, ölkələrin ümumi sayı 85-ə çatıb. Rusiya ilə vergi sahəsində avtomatik rejimdə məlumat mübadiləsinə hazır olan ölkələrin siyahısına Azərbaycan, Aruba, Bəhreyn, Vanuatu, Qrenada, Makao, Sent-Kits və Nevis də əlavə olunub. Yeni yurisdiksiyalarla qarşılıqlı əlaqələrə 2019-cu il yanvarın 1-dən sonra başlanılacaq”, – deyə məlumatda qeyd olunur.

– İnterfax.az

Son xəbərlər
Digər xəbərlər