10 C
Baku
Thursday, December 12, 2024

Gələn ildən Azərbaycan “Yaşıl kart”ları Gürcüstan və Qazaxıstanda satılacaq

Gələn ildən Azərbaycan “Yaşıl kart”ları Gürcüstan və Qazaxıstanda satılacaq.

Bu barədə İcbari Sığorta Bürosundan (İSB) bildirilib. Məlumata görə, Büro tərəfindən Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan Yaşıl Kartlarının satılması üçün Beynəlxalq Bürolar Şurasına (BBŞ) rəsmi müraciət göndərilib və razılıq əldə edilib. Razılığa əsasən 01 yanvar 2023-cü ildən etibarən Yaşıl Kart sığorta şəhadətnamələri bu ölkələrin nəqliyyat vasitələrinə Azərbaycan sığortaçıları tərəfindən satılacaq. Xidmət ixracı anlamına gələn bu fəaliyyətdən yerli sığorta şirkətlərinin önəmli miqdarda mənfəət əldə etmələri gözlənilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər