10 C
Baku
Thursday, December 12, 2024

Gələn ildən depozitlər vergiyə cəlb oluna bilər

İqtisadçı ekspert Samir Əliyevin verdiyi məlumata görə, gələn il depozitlər vergiyə cəlb oluna bilər: “Əsas narahatlıq doğuran məqamlardan biri məhz budur. İndiyədək əmanətlərdən əldə olunan gəlirlər (yəni vətəndaşların depozitlər üzrə faizlərdən əldə olunan gəlirləri-V.R ) vergiyə cəlb edilmirdi, azad edilmişdi.

Bu ilin yanvarında bu güzəşt daha bir il-2015-ci il yanvarın 1-nə qədər uzadıldı. Hələ ki, ilin sonuna bir neçə gün qalıb, amma əmanətlərdən gələn gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı güzəşt müddətində hər hansı bir dəyişiklik edilməyib. Əgər güzəşt müddəti uzadılmazsa, deməli, vətəndaşların depozit faizlərindən əldə olunan qazancından vergi verməli olacaq. Belə olan halda, proseslər əmanət bazarının zəifləməsi ilə nəticələnəcək.

Bank sektorunda narahatlıq gətirəcək sahə məhz əmanət bazarıdır”.

Son xəbərlər
Digər xəbərlər