2016-cı ildən qüvvəyə minəcək “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat (hazırda 131), əmək qabiliyyətli əhali üçün 146 manat (hazırda 140), pensiyaçılar üçün 115 manat (hazırda 108), uşaqlar üçün 117 manat (hazırda 108) məbləğində müəyyən edilib. Banka borcunu ödəyə bilməyənlər üçün bu, çox yaxşı xəbərdir. Çünki məhkəmə və icraçılar borclu vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər.