8 C
Baku
Thursday, December 12, 2024

Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri artırıldı

2019-cu ilin dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 mln. manat artaraq 23 168 mln. manat, xərcləri ilkin proqnoza nisbətən 410 manat artaraq 25 mlrd. 190 mln. manat nəzərdə tutulub.

Banker.az Azvision-a istinadla ki, bu barədə maliyyə naziri Samir Şərifov 2019-cu ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı məlumat verib.

Nazir bildirib ki, 2019-cu il dövlət büdcəsinin gəlirlərinin artımı Dövlət Gömrük Komitəsinin xətti ilə artımlar hesabına baş tutacaq.

Onun sözlərinə görə, dövlət büdcəsinin kəsirinin 159 mln. artırılması hədəflənib. “Kəsir 159 mln. artırılaraq 2 mlrd. 22 mln. manat olacaq. Kəsirin ÜDM-də nisbəti dəyişməyəcək 2,5% təşkil edəcək”.

Son xəbərlər
Digər xəbərlər