8 C
Baku
Friday, December 13, 2024

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayır

Gəncə Cihazqayırma Zavodunda istehsal olunan sayğacların laboratoriya və istismar sınaqlarının müsbət nəticəsinə əsasən, SOCAR rəhbərliyi burada mexaniki qaz sayğaclarının istehsal edilməsi ilə bağlı qərar qəbul edib.

“Azəriqaz” İB-lə Gəncə Cihazqayırma Zavodu arasında yerli mexaniki qaz sayğaclarının istehsalına başlamaq üçün əməkdaşlıq haqqında memorandum imzalanıb. Əldə olunan razılığa əsasən, Gəncə Cihazqayırma Zavodu birinci il 200 min ədəd, növbəti illərdə isə 400 min ədəd sayğac istehsal edəcək.

Bununla əlaqədar olaraq, zavoda əlavə texnoloji avadanlıq alınıb, sahəsi 1000 kvadratmetrdən çox olan istehsal kompleksi inşa edilib. Burada 25 min ədəd qaz sayğacının komplekləşdirici hissələrinin yığıldığı anbar, alman istehsalı olan yüksək məhsuldar avadanlıqlarla təchiz edilmiş sex, qablaşdırma sahəsi və hazır məhsullar anbarı yerləşir. Bütün bunlar ildə 500 min ədədədək qaz sayğacı istehsal etməyə imkan verəcək.

Hazırda sayğacların istehsal prosesində əksəriyyəti qadın olan 30-dan çox şəxs çalışır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər