Gəncə Şəhər İcra Hakimiyyəti əhaliyə göstərilən kommunal xidmətlər sahəsində istifadə olunan maşın və mexanizmlərin satın alınmasına 6 mln. manata yaxın vəsait yönəldəcək.
Gəncə Şəhər İH qeyd olunan məhsulların satın alınmasına dair “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə müqavilə bağlayıb.
Müqavilənin dəyəri 5,985 mlın. manatdır.
Gəncə avtomobil zavodu 2004-cü ilin dekabr ayından fəaliyyət göstərir. Zavod 2006-cı ildən Gəncədə Belarus istehsalı olan bütün növ yük avtomobilləri və traktorların yığılmasını həyata keçirir.