16 C
Baku
Friday, April 19, 2024

Gəncədə “Əmlak Xidmətləri Məkanı” tikiləcək – 4,7 milyon manatlıq müqavilə

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi ilə “AZNOF” MMC arasında müqavilə imzalanıb.

Banker.az xəbər verir ki, müqavilədə Gəncə şəhərində “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasının tikintisi nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği 4 milyon 693 min 716 manatdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib. Həmçinin Komitə sədri  xidmət məkanının tezliklə Gəncə və Xaçmazda da açılacağını da bildirmişdir.

Qeyd edək ki, Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərdiyi xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Şənbə və bazar da daxil olmaqla həftənin bütün günləri məkanda 100-ə yaxın işçi tərəfindən xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər