“Gəncə Avtomobil Zavodunda Çexiya istehsalı olan “Tatra” markalı yük avtomobillərinin yığılması növbəti 2 il ərzində mümkün olacaq”.
Banker.az Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Çexiya biznes-forumu çərçivəsində jurnalistlərə bildirib.
Xatırladaq ki, tərəflər arasında bununla bağlı memorandum ötən il imzalanıb.