Gəncədə yolların əsaslı təmiri üçün 5 milyon manat ayrılır

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin həyata keçirilməsi ilə bağlı satınalma proseduruna başlayıb.

Banker.az xəbər verir ki, layihə üzrə ehtimal olunan qiymət 4 milyon 904 min manat təşkil edir.

İşlər çərçivəsində şəhərin yol infrastrukturunun yenilənməsi, istismar müddətini başa vurmuş yol sahələrinin əsaslı təmiri və nəqliyyatın hərəkət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər