14 C
Baku
Friday, May 17, 2024

Gəzinti zamanı bir cütlük qızıl küpə tapdı

Şimali Kaliforniyada bir cütlük öz mülkiyyətlərində itlərini gəzdirdikdə köhnə ağacın kölgəsində basdırılmış bir küpə tapırlar. Həmin küpənin içərisində dəyəri 10 milyon dollarla ölçülən nadir qızıl metallar var idi.

Sikkələr üzrə mütəxəssis bəyan edib ki, demək olar ki, 1427 sikkələrin hamısının istehsal tarixləri 1847- 1894-cü illərə təsadüf edirlər və onlar yaxşı vəziyyətdə qalıblar.

Qızıl küpəni tapan cütlük məxfi qalmağa üstünlük verirlər.

Həmçinin cütlük sikkələrin əksəriyyətini Amazon saytı vasitəsi ilə satmağı planlayırlar. Lakin onlar özlərinə nadir suvenirləri saxlayacaqlar. Sikkələrin satışından əldə etdikləri pulları cütlük borclarının ödənilməsinə və xeyriyyə cəmiyyətlərinə ianəyə sərf edəcəklər.

Mütəxəssislərin dediklərinə görə, bu tapıntını daha da qiymətli edən, demək olar ki, bütün sikkələri mükəmməl vəziyyətdə olmasıdır. Bu isə öz növbəsində onu deyir ki, sikkələr dövriyyəyə buraxılan kimi torpağa basdırılıblar.

article-2567784-1BD5663F00000578-950_964x355

Son xəbərlər
 ⁠
Digər xəbərlər