G20 ölkələrinin liderləri sammitin yekununa dair bəyannamə qəbul ediblər və “dünyanı yeni növ koronavirus pandemiyasından sonra güclü, davamlı, balanslı və hərtərəfli bir dövrə çatdırmaq”la bağlı öhdəlik götürüblər.
“TASS” xəbər verir ki, bu barədə yekun sənəddə deyilir.
“Afrikada və kiçik ada dövlətlərindəki xüsusi çətinlikləri nəzərə alaraq, COVID-19-un sağlamlıq, iqtisadi və sosial təsirləri ilə qarşılaşmış bütün inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələri dəstəkləməyə sadiq qalırıq”, – deyə sənəddə qeyd olunur.
G20 ölkələri yoxsul ölkələrin kənarda qalmaması üçün COVID-19-un müalicəsi ilə bağlı peyvəndlərin, dərmanların və testlərin dünyada ədalətli paylanılmasına dair vəd veriblər.