14 C
Baku
Friday, November 22, 2024

G20 sammiti başa çatıb

G20 üzvü olan ölkələrin dövlət və hökumət başçılarının İndoneziyanın Bali adasında keçirilən IX sammiti başa çatıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

O bildirib ki, zirvə çərçivəsində beynəlxalq siyasi və iqtisadi məsələləri müzakirə edilib: “Dünyamız son 3 ildir koronavirus pandemiyası ilə başlayıb müharibə və regional toqquşmalarla daha da gərginləşən ağrılı mərhələdən keçir. Enerji, qida və xammal qiymətlərinin həddən artıq bahalaşması istisnasız olaraq bütün iqtisadiyyatlara təsir edir”.

Türkiyə liderinin sözlərinə görə, Avropa və ABŞ daxil olmaqla bir çox regiondakı infliyasiya rəqəmləri mövcud çətinliklərin göstəricisidir.

Qeyd edək ki, G20-yə Türkiyə, Rusiya, ABŞ, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreye, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Səudiyyə Ərəbistanı, Yaponiya və Avropa İttifaqı daxildir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər