3 C
Baku
Saturday, December 14, 2024

G7 2023-cü ildə Ukraynaya 39 milyard dollar maliyyə yardımı ayırmağı planlaşdırır

“Böyük Yeddilik” (G7) ölkələri 2023-cü ildə Ukraynaya azı 39 milyard dollar maliyyə yardımı ayırmaq niyyətindədir.

Bu barədə fevralın 23-də Hindistanda keçirilən G7 ölkələrinin Maliyyə Nazirliyi və Mərkəzi Bankları rəhbərlərinin görüşünün yekunları üzrə qəbul edilmiş birgə sənəddə deyilir.

“2023-cü il üçün Ukrayna hökumətinin ehtiyaclarına uyğun olaraq, biz büdcə və iqtisadi dəstək öhdəliklərimizi 39 milyard dollara qədər artırdıq”, – sənəddə qeyd edilib.

Xatırladaq ki, Hindistanın Banqalor şəhərində G7 ölkələrinin Maliyyə Nazirlikləri və Mərkəzi Bankları rəhbərlərinin görüşü keçirilib. G20 ölkələrinin analoji görüşü fevralın 24-də təşkil ediləcək.

Son xəbərlər
Digər xəbərlər