9 C
Baku
Friday, December 13, 2024

G7 liderləri süni intellektlə bağlı toplaşacaq

Yeddilik Qrupu (G7) ölkələrinin liderləri süni intellekt tərtibatçıları üçün təlimatları müzakirə etmək üçün 2023-cü ilin payızında onlayn görüşəcəklər.

Bunu Yaponiyanın baş naziri Fumio Kişida BMT-nin himayəsi altında Kiotoda davam edən İnternet İdarəçiliyi üzrə Beynəlxalq Forumunda deyib.

“Biz ilin sonuna kimi etibarlı süni intellektin tətbiqi üçün zəruri olan tövsiyələri formalaşdırmaq qərarına gəldik. Bu mövzuda G7 liderlərinin onlayn görüşü üçün plan hazırlayırıq. Görüş payızda baş tutacaq”, – deyə o bildirib.

Yaponiya hökumətinin başçısı qeyd edib ki, G7 çərçivəsində bu iş onun Xirosimada keçirilən sammitdə süni intellektin beynəlxalq tənzimlənməsinin müzakirəsinin zəruriliyi ilə bağlı verdiyi təklif əsasında həyata keçirilir.

Kişidanın sözlərinə görə, Yaponiya süni intellekt texnologiyalarına böyük diqqət yetirir.

O qeyd edib ki, oktyabrda hökumət süni intellektin inkişafını kiçik və orta biznesdə sürətləndirmək, eləcə də tibb sahəsində belə texnologiyaların tətbiqini təşviq etmək üçün vəsait ayıracaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər