11 C
Baku
Wednesday, December 11, 2024

G7 liderləri Ukraynadakı vəziyyəti müzakirə edəcəklər

“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri Yaponiyada keçiriləcək sammitdə Rusiyaya qarşı müxtəlif məhdudlaşdırıcı tədbirlərin saxlanması, eləcə də Ukraynaya dəstək kimi məsələləri müzakirə edəcəklər.

Bu barədə Yaponiyanın ABŞ-dakı səfiri Koji Tomita bildirib.

“Sammitdə bir neçə məsələ, o cümlədən Ukrayna münaqişəsinin müzakirəsi prioritet olacaq. Liderlər, şübhəsiz ki, Ukraynaya güclü dəstəyin davam etdirilməsini, həmçinin bu ölkədə infrastrukturun yenidən qurulması və bərpasını müzakirə edəcəklər”, – diplomat Vaşinqtonda keçirilən mətbuat konfransında qarşıdan gələn G7 sammitinin gündəliyini şərh edərkən bildirib.

Qeyd edək ki, Yaponiyanın bu il sədrlik etdiyi G7 liderlərinin görüşü mayın 19-21-də Xirosimada keçiriləcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər