26 C
Baku
Saturday, July 27, 2024

G7 ölkələri korporasiyalar üçün 15%-lik gəlir vergisi barədə razılaşdılar

İngiltərə, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu “Böyük yeddilik” təşkilatının (G7) maliyyə nazirləri korporasiyalar üçün 15%-lik verginin tətbiq edilməsi barədə razılaşıblar. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) koronavirus pandemiyası dövründə inkişaf edən şirkətlər üçün həmrəylik vergisinin tətbiq olunmasını təklif edib.

ABŞ rəsmilərinin verdiyi məlumata görə, təcrübədə vergi sıfır səviyyəsinə təyin olunub, bu səbəbdən digər ölkələr investisiya üçün zərurət təşkil edən gəlirlərini artıra bilmir.

Co Baydenin ABŞ-da prezident seçkilərində qalib gəlməsindən əvvəl İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı korporasiyalar üçün gəlir vergisinin 12.5% səviyyəsində təyin edilməsini təklif edib, ABŞ rəhbərliyi isə bu rəqəmin 15%-dən az olmayacağına qərar verib.

Vahid gəlir vergisinin mahiyyəti nədir?

İndi transmilli şirkətlər (ilk növbədə Amerikanın texnologiya nəhəngləri) aşağı vergi yurisdiksiyalarında qeydiyyatdan keçmək və minimum vergi ödəmək imkanına sahibdirlər. Məsələn, “Google” və “Apple” bu məqsədlə İrlandiya və Hollandiyanı istifadə ediblər.

5 iyun tarixində G7 ölkələrinin maliyyə nazirləri razılaşma tərəflərinin öz yurisdiksiyalarında ən azı 15%-lik vergi nəzərdə tutacaqlarını qəbul ediblər. Hal-hazırda Çin, Rusiya, Hindistan və digər ölkələrin daxil olduğu “Böyük iyirmilik”lə (G20) danışıqlar aparılır.

Həmrəylik vergisi

Aprel ayının əvvəlində BVF dövlətləri koronavirus pandemiyası dövründə inkişaf edən şirkətlərə və milyarderlərə müvəqqəti vergi tətbiq etməyi təklif edib. Təşkilatın fikrincə, əlavə vergi ödəməklə yüksək mənfəət əldə edən müəssisələr və sahibkarlar böhrandan daha çox əziyyət çəkənlərə həmrəylik göstərmiş olacaqlar.

Xatırladaq ki, daha əvvəl ABŞ-da varlı insanlara qarşı əlavə vergi tətbiq etmək məsələsi müzakirə edilib. Əgər bu təşəbbüs həyata keçsə, 2021-ci ildə yüzlərlə milyarder ABŞ büdcəsinə əlavə 78 milyard dollar ödəyəcək.

Son xəbərlər
Digər xəbərlər