G7 ölkələri, o cümlədən regional tərəfdaşları HƏMAS-a qarşı sanksiyaların tətbiqi məsələsini müzakirə edib.
Bu barədə ANSA agentliyi məlumat yayıb.
“G7-nin üzvləri regional tərəfdaşlarla birlikdə Yaxın Şərqdə münaqişənin genişlənməməsi üçün müzakirələr aparırlar. HƏMAS-ın imkanlarının genişlənməməsi üçün mümkün yolları araşdırırıq”, – G7 ölkələrinin xarici siyasət idarələrinin rəhbərlərinin yekun bəyanatında deyilir.