G7 ölkələrinin (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya) xarici işlər nazirləri bu gün Ukraynadakı vəziyyəti və gələcək cavab tədbirlərini müzakirə edəcəklər.
Görüş onlayn rejimdə keçiriləcək.
Xatırladaq ki, daha əvvəl Yaponiyanın Baş naziri Fumio Kişida G7-nin sədri kimi 2023-cü ildə Ukraynaya yardımı təşviq etmək niyyətində olduqlarını bəyan etmişdi. O, həmçinin rəsmi Tokionun Rusiyaya qarşı sanksiyaları gücləndirməkdə israrlı olacağını vurğulayıb.
G7 ölkələri, eləcə də Avropa İttifaqı (Aİ), Avstraliya və Norveç dekabrın 5-də Rusiya neftinin yuxarı qiymət həddininin 1 barel üçün 60 dollar səviyyəsində müəyyən edilməsi barədə qərara gəlib. Dekabrın 19-da isə Aİ-yə üzv dövlətlərin energetika nazirləri qazın qiymətinin yuxarı həddi ilə bağlı siyasi razılığa gəliblər.