G7 ölkələri Rusiyaya qarşı tətbiq edilən sanksiyalara əməl olunmasına nəzarət etmək üçün mexanizm hazırlayır.
Bu barədə “Bloomberg“ məlumat yayıb.
Agentliyin məlumatına görə, G7 ölkələri nəzarət mexanizmi yaratmaqla yanaşı, artıq tətbiq edilmiş sanksiyalara əməl olunmasının təmin edilməsinə də xüsusi diqqət yetirməyi planlaşdırır.
Sanksiyaların tətbiqi ilə bağlı ən böyük narahatlıq Vaşinqtondan gəlir.