10 C
Baku
Thursday, December 12, 2024

G7 Rusiyaya bütün ixracı qadağan etməyi planlaşdırır

G7 liderləri bütün ölkələri Rusiyaya ixracı tamami ilə qadağan etməyi düşünürlər.

Bu barədə “Kyodo” agaentliyi məlumat yayıb.

Qeyd olunur ki, müvafiq qərar G7 liderlərinin may ayında Xirosimada keçiriləcək sammitində verilə bilər. Burada Ukraynaya dəstəyin genişləndirilməsi və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üzrə tədbirlərin müzakirəsi əsas mövzulardan biri olacaq.

G7 ölkələri artıq Rusiya Federasiyasına geniş çeşiddə malların, o cümlədən hərbi məqsədlər üçün istifadə oluna bilən məhsulların və dəbdəbəli malların ixracını dayandırıb.

 

Qeyd olunub ki, yeni məhdudiyyətlərlə bağlı təkliflər hazırlanır ki, bu da xüsusilə işlənmiş avtomobillər, təkərlər, kosmetik məhsullar və geyimlərə qadağasını genişləndirə bilər.

Mayın 19-21-də keçiriləcək sammitdə Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-ın, eləcə də Avropa İttifaqının liderləri iştirak edəcək.

Son xəbərlər
Digər xəbərlər