2 C
Baku
Saturday, March 2, 2024

G7 sammiti işə başlayıb

“Böyük yeddiliyin” (G7) Xirosimada keçirilən sammitinin rəsmi proqramı cümə günü 1945-ci ildə Amerika atom bombası qurbanlarının xatirəsinə həsr olunmuş Sülh Parkına ziyarətlə başlayıb.

Aralarında nüvə güclərinin (ABŞ, Böyük Britaniya, Fransa) da olduğu G7 ölkələrinin liderləri ilk dəfədir ki, Xirosimadakı memorial kompleksi belə tərkibdə ziyarət edirlər. Tədbirin proqramına bombardman qurbanlarının xatirəsinə həsr olunmuş ekspozisiya təqdim olunan Sülh Muzeyinə səfər də daxildir.

Yeddilik Qrupu gün ərzində üç iş sessiya keçirəcək. Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, onlardan biri Ukrayna mövzularına həsr olunacaq. Gündəlikdə cəmi on iclas və müxtəlif əlavə tədbirlər var.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər