25 C
Baku
Monday, April 29, 2024

G7 XİN başçıları Rusiyaya qarşı sanksiyaların artırılması barədə razılığa gəliblər

G7 xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların artırılması və Ukraynaya yardımların davam etdirilməsinə razılaşıblar.

Bu barədə G7 XİN başçılarının Yaponiyanın Karuizava kurort zonasında baş tutan görüşündən sonra qəbul edilmiş birgə bəyanatında qeyd edilib.

“Biz Rusiyaya qarşı sanksiyaların intensivləşdirilməsinə və onların tam tətbiqinə sadiqik. Biz Ukraynanın lazım olduğu qədər dəstəklənməsinə dair öhdəliyimizi bir daha vurğulayırıq”, – deyə sənəddə qeyd edilib.

Birgə bəyanatda Ukraynanın anti-korrupsiya və daxili islahatlarına davam etməli olduğu qeyd edilib. Sənəddə Moskvanın Ukraynadakı qoşunlarını geri çəkməsi tələb edilib və Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək qərarı tənqid edilib. Həmçinin G7 ölkələrinin üçüncü ölkələrdən Rusiyaya silah-sursat tədarükünün birlikdə qarşısının almağa çalışacağı və Rusiyanın Ukraynadakı müharibəsinə maddi dəstək verənlərə qarşı tədbirlər görməyə davam edəcəyi vurğulanıb. “Biz Rusiyaya silah tədarük edən üçüncü tərəflərin qarşısının alınması və onlara cavab verilməsi üçün koordinasiyamızı gücləndirəcəyik və Rusiyanın Ukraynaya qarşı müharibəsini maddi cəhətdən dəstəkləyənlərə qarşı tədbirləri davam etdirəcəyik”, – deyə bəyanatda deyilir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər