18 C
Baku
Thursday, April 25, 2024

Gabriel Garcia Marquez dünyasını dəyişdi

Meksikada 87 yaşında kolumbiyalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı –  Gabriel Garcia Marquez dünyasını dəyişdi.

Dahi yazıçı bir neçə gün əvvəl Mexikoda yerləşən xəstəxanadan buraxılmışdı. Qeyd edək ki, o bir həftədən çox idi ki, burada idi və ağciyər infeksiyası ilə əlaqədar antibiotiklərlə müalicə kursu alırdı. Marquez sonuncu dəfə ictimaiyyət qarşısına bu ilin mart ayının əvvəlində onun doğum gününü təbrik etmək üçün evinin önünə gələn jurnalistlər və pərəstişkarlarla danışmaq üçün çıxmışdı.

Bu ədəbiyyatsevərlər üçün çox böyük itkidir. Aşağıda sizə dahi və əvəzsiz yazıçı Gabriel garcia Marquez-in seçmə ifadələrini təqdim edirik:

  • Ola bilsin ki, Allah bizim lazımi insanla qarşılaşmağımız üçün bizi digər insnalarla qarşılaşdırmır. Həm də ona görə ki, belə olduqda Allaha minnətdar olaq.
  • Bu dünyada adi bir insan ola bilərsən, lakin unutma ki, bir insan üçün də bir dünyasan.
  • Kədərlənməyin ən pis növü bir insanla olub, onun heç vaxt sənin olmayacağını anlamaqdır.
  • Ağlama çünki bu bitdi. Gülümsə çünki bu baş verdi.
  • Huzurlu qocalığın sirri tənhalıq ilə ortaq dil tapmaqdadır.
  • Yeni bir insanla tanış olub onun səni anlayacağını düşünməkdən öncə yaxşı ol və kim olduğunu anla.
  • Səni kim olduğun üçün deyil, səninlə olduğumda kim olduğum üçün sevirəm.
  • Özünü nə vaxtsa, haradasa tənha hiss etməyən heç bir insan yoxdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər