22 C
Baku
Wednesday, April 17, 2024

“Gazprom” İtaliyaya qaz tədarükünü azaldıb

Rusiyanın “Gazprom” şirkəti İtaliyaya göndərilən təbii qazın həcmini azaldıb.

İtaliyanın “Eni” neft-qaz şirkəti “Gazprom”dan gündəlik qaz tədarükünün son bir neçə günün orta göstəricisi ilə müqayisədə üçdəbir nisbətində azaldığını açıqlayıb.

“Gazprom” şirkətindən son günlərdə alınan gündəlik orta hesabla 32 milyon kubmetr olan qaz həcmi ilə müqayisədə hazırda sutkalıq təqribən 21 milyon kubmetr təbii qaz tədarük ediləcək”, – deyə “Eni” şirkəti açıqlama yayıb.

Qeyd edək ki, təbii qaz tələbatının təxminən 10 faizini Azərbaycandan təmin edən İtaliya enerji böhranı yaşamamaq üçün təchizat mənbələrini şaxələndirir. Belə ki, İtaliya Əlcəzairdən aldığı qazın həcmini artırıb, Konqo və Anqola kimi ölkələrlə qaz tədarükünə dair danışıqlar aparıb.

 

 

Son xəbərlər
Digər xəbərlər