9 C
Baku
Thursday, December 12, 2024

Gecikmələr üzrə zəng mərkəzinin işçisi – FINCA

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisi üçün GECİKMƏLƏR ÜZRƏ ZƏNG MƏRKƏZİNİN İŞÇİSİ  vəzifəsinə işçi axtarışı elan edir.   

Əsas vəzifə öhdəlikləri:

 

  • Kredit ödənişini gecikdirən müştərilərlə telefon əlaqəsi yaradaraq, onların gecikmə barədə məlumatlandırılması;
  • Geri ödənişlərin yığımı, müştəri hesablarının və geri ödənişlərinin, həmçinin uyğunsuzluqların təhlili üzrə müştəri xidmətlərinin göstərilməsi;
  • Lazım gəldikdə Maliyyə Xidmətləri Departamentinə digər öhdəliklərin həyata keçirilməsində dəstək göstərilməsi;
  • Kredit ödənişini gecikdirən müştərilərlə münasibətlərin düzgün qurulması və qorunması;
  • Geri ödəniş üzrə bütün lazımi məlumatların proqrama daxil edilməsi və hesabatların hazırlanması.

 

 

Tələb olunan keyfiyyətlər:

 

  • Yüksək ünsiyyət, danışıqlar aparma və problem həlletmə bacarığı;
  • Azərbaycan dilində səlis danışmaq bacarığı;
  • Bitmiş və ya davam etməkdə olan ali və ya orta təhsil;
  • Riyazi biliklər və analitik bacarıqlar;
  • Kredit işi, biznes ilə tanışlıq.  Müştərilər ilə birbaşa iş təcrübəsi olanlara üstünlük veriləcək;
  • MS Office proqramları (xüsusilə MS Word, MS Excel) işləmək bacarığı;
  • Prioritetlərin müyyənləşdirilməsi qabiliyyəti və operativlik.

 

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 14 Dekabr 2016-cı il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

 

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

 

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

 

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər