16 C
Baku
Thursday, April 25, 2024

‘Geely’ elektrokarları ‘Geometry’ brendi altında satılacaq

Bir müddət bundan öncə, ‘Geely’ markasının elektrik sedanını hazırladığı barədə məlumat vermişdirk. Bu gün çin istehsalçısı elektrokarın seriya variantını təqdim edib. Yeni elektrokar Çində Geeli Jihe A adı ilə satılacaqdır. Lakin, ‘Geely’ şirkəti yeni elektrokar üçün beynəlxalq adın təsis olunacağını bildirmiş, və hətta Çində ictimai müsabiqə də elan etmişdi. Nəhayət, bu gün yeni brendin Sinqapurda təqdim edilib. Bu ‘Geometry’ brendidir – yeri gəlmişkən, çin dilində ‘Geometry’ elə Jihe deməkdir.


Lakin, “həndəsi” ad yalnız bu modelə aid deyil. ‘Geely’ şirkəti ‘Geometry’ adının bu markanın bütün elektrokarları üçün beynəlxalq brend olacağını elan edib. Çin şirkətinin rəhbərliyi elektrokarın high-end seqmentinə aid və ‘Geely’ markasının elektromobilliyin dünya liderinə çevrilməyə qadir olduğunu iddia edir. Qeyd etmək lazımdır ki, 2025-ci ilə qədər ‘Geometry’ markasından olan 10 elektrik modelinin buraxılması planlaşdırılır. Bu modellərin arasında krossoverlər və minivenlər də olacaqdır.

Markanın riyazi imicinə uyğun olaraq, modellər hərflərlə adlandırılacaqdırlar. Şirkətdən bildirildiyinə görə, bu “sonsuz imkanlardan” xəbər verir. Bundan başqa, təchizat səviyyələrinin adlandırılması üçün ‘Geely’ elmə yaxın indekslər də fikirləşib: məsələn, ‘Geometry’ A üçün onlar A², A³ и A͗n kimi işarələnə bilərlər.

78791 src
‘Geometry’ markasının ilk modelinə gəldikdə isə, qlobal bazarda model iki spesifikasiyada təklif ediləcəkdir: Standard Range və Long Range. Birinci modifikasiya 51,9, ikinci isə 61,9 kilovat-saatlıq batareya ilə təchiz ediləcəkdir. Müvafiq olaraq, elektrokarların yürüş məsafəsi 410 və 500 kilometr (NEDC) olacaqdır. Ön oxda quraşdırılan elektromotor 163 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edəcəkdir. ‘Geometry’ A 100 km/saat həddinə 8,8 saniyəyə sürətlənəcək və 150 km/saatlıq maksimal sürət həddinə malik olacaqdır.

Çin şirkəti Pekindəki bir kilometrlik yürüşün qiymətini də açıqlayıb – 0,01 ABŞ dolları. Yeyin yükləmə stansiyaları vasitəsi ilə enerji ehtiyatının 30 faizindən 80 faizinə qədərini yarım saata bərpa etmək olar. Bundan başqa, ‘Geometry’ A noutbuk, elektrik cihazlarını və məişət işıq cihazlarını qidalandırmağa imkan verən “Super E qurğusu” ilə təchiz edilir.

‘Volvo’ ilə qohumluq əlaqələrinə malik olan brend təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirib. Elektrokar möhkəm kuzova, kəmərlərin “intteligent” bərkidicilərinə və elektron yardımcıların tam dəstinə sahibdir. Bundan başqa, ‘Geometry’ A “2+” səviyyəsində olan avtonomluğa malikdir. Çoxsaylı kamera və radarlar sayəsində elektrokar sərbəst olaraq hərəkət zolağını dəyişə, parklana, 150 km/saat həddinə qədər adaptiv-kruiz kontrol rejimində hərəkət və sürücünü ətrafdakı təhlükə barədə xəbərdar edə bilər.

Şirkət rəsmi təqdimat zamanı ‘Geometry’ A modelinə 27 min sifariş aldığını bildirib. Bunlardan 18 mini xaricdən – Sinqapur, Norveç və Fransadan daxil olub. Elektromobilin Çindəki satış qiymətləri də elan edilib. Dövlət subsidiyalarını nəzərə almaqla ‘Geometry’ A² Standard Range modelinin qiyməti 210 min yuan (31,5 min dollar), ən bahalı versiyanın isə 250 min yuan (37,5 min) edir.

autograph.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər