9 C
Baku
Wednesday, December 11, 2024

“Geely” uçan avtomobilin ilk sınaqlarını keçirib – Foto

Çinin “Geely” şirkəti AE200 X01 uçan avtomobilinin ilk sınaqlarını keçirib.

O, şəhərdaxili və şəhərlərarası uçuşlar üçün nəzərdə tutulmuş beş yerlik elektriklə işləyən şaquli qalxma və enmə avtomobilidir.

Şirkət onu 2022-ci ilin avqustunda anons edib. Nəqliyyat vasitəsi “Geely”nin aviasiya bölməsi olan “Wofei Changkong Technology” tərəfindən hazırlanıb. Ötən ilin noyabrında model sertifikatlaşdırılıb.

Modelin texniki xüsusiyyətləri açıqlanmır.

Bildirilir ki, uçan avtomobillə bağlı bütün işlərin 2024-cü ilə qədər başa çatdırılması planlaşdırılır.

326426162 650545036826533 1536507995590830726 n

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər